Modern.az

KXCP İdarə Heyətinin 5 üzvü qurumdan kənarlaşdırılıb

KXCP İdarə Heyətinin 5 üzvü qurumdan kənarlaşdırılıb

Təhsil

8 Oktyabr 2012, 09:14

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) ALİ Məclisinin növbəti sessiyası keçirilib. Paretiyadan verilən məlumata görə, sessiyada KXCP Ali Məclisinin sədri Bəybala Əbil hesabat verib. O, hesabatında ötən 1 il 4 ay müddətində Ali Məclisin sədri kimi fəaliyyəti dövründə görülən işlərlə bağlı ətraflı danışıb.

KXCP sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu və KXCP sədrinin strateji məsələlər üzrə müavini Aydın Mədətoğlu çıxış edib, hesabat veriblər. Ölkədəki ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud MİRƏLİOĞLU çıxış edib və məclis üzvlərinin suallarını cavablandırıb. KXCP Ali Məclisin sessiyasında qərara alınıb ki, partiyanın İnkişaf  Planının Fəaliyyət İstiqamətlərinin KXCP rayon (şəhər) şöbələrində müzakirələr təşkil olunsun, təklif və tövsiyyələrini partiyanın təşkilat şöbəsinə  çatdırsınlar. Məclisin digər qərarı ilə KXCP rayon (şəhər) şöbələrinə tapşırılıb ki, partiyanın Seçki Qərargahının işinin gücləndirilməsi üçün lazımi addımlar atılsın və Mərkəzi Seçki Qərargahının formalaşması KXCP İdarə Heyətinə həvalə olunub. Məclisin digər qərarı ilə real müxalifət partiyaları arasında inteqrasiya prosesinin gücləndirilməsi və dərinləşdirilməsi üçün lazımi addımlar atılsın və bu işin daha sistemli, ardıcıl həyata keçirilməsi KXCP İdarə Heyətinə tapşırılsın.

KXCP Ali Məclisi  Ədalət Yusubovun, Rüfət Sahiboğlunun, Fikrət Cəfərovun, Qaya Əliyevin və Rafiq Abdullanın İdarə Heyəti üzvlüyündən azad edilməsi haqqında qərar qəbul edib.

Ölkədəki ağır sosial- iqtisadi durum, ictimai- siyasi vəziyyətlə bağlı KXCP Ali Məclis tərəfindən bəyanat qəbul olunub. Bəyanatda ictimai siyasi fəaliyyətinə görə gənc fəalların- Musavat GT- nın sədri müavini Nigar Yaqublunun və NİDA GH- nın fəalı Zaur Qurbanlının həbsi, eləcə də digər günahsız şəxslərin həbsdə saxlanılması pislənilir. Həmçinin 03 oktyabrda AŞPA- da “Siyasi məhbus anlamına dair kriteriyaların” qəbul olunması təqdir olunur və Azərbaycan hökümətindən bu kriteriyaya uyğun olaraq qanunsuz həbsdə saxlanılan şəxslərin dərhal həbsdən buraxılmasını tələb edilir. Bəyanatda o da qeyd edilir ki, Milli Məclisin keçmiş üzvü Gülər Əhmədova ilə fəaliyyətinə xitam verilmiş ABU- nun sabiq rektoru Elşad Abdullayev arasında olan “mandat bazarlaşması”nın deşifrə olunması parlamentin saxta yolla formalaşdığını bir daha sübut edir.

KXCP tələb edirb ki, qanunsuz həbs olunmuş ictimai fəallar azadlığa buraxılsın; Saxta və alqı- satqı yolu ilə formalaşmış parlament buraxılsın və yeni seçkilər keçirilsin;
2013- cü ildə keçiriləcək Prezident seçkiləri öncəsi ölkədə demokratik seçki mühitinin yaradılması, seçki komissiyalarının paritet əsaslarla formalaşması istiqamətində təxirə salınmaz tədbirlər həyata keçirilsin;
Əhalinin sosial- iqtisadi problemlərinin həlli və 2010, 2012- ci ildə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində təxirə salınmaz tədbirlər görülsün;
KXCP bəyan edir ki, yuxarıda qeyd olunan sosial, iqtisadi, siyasi və s. problemlər həll olunmazsa bu ölkədə dərin sosial partlayışın baş verməsinə təkan verə bilər. KXCP öz üvlərini kütləvi aksiyalara hazırlaşmağa çağırır.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir