Modern.az

Xərçəng xəstəsi ölkə prezidenti seçildi

Xərçəng xəstəsi ölkə prezidenti seçildi

Dünya

8 Oktyabr 2012, 09:50

Dünən Venesuelada prezident seçkisi keçirilib. 14 ildir ki, ölkəni idarə edən Uqo Çaves 4-cü dəfə də prezident seçilmək üçün əsas rəqibi, müxalifət blokundan olan 40 yaşlı Henrique Caprileslə mübarizə aparıb. 

Bu iki namizədin seçkiqabağı kampaniyaları çox gərgin keçmiş, Çaves rəqibini xarici dövlətlər və narkomafiyaya arxalanmaqda, Capriles isə Çavesi korrupsiya və dövlət əmlakını mənasız yerlərə xərcləməkdə günahlandırımışdı.

Modern.az xarici KİV-lərə istinadən bildirir ki, seçkilərdən sonra açıqlanan ilkin nəticələrdə Çavesin yenidən qələbə qazandığı məlum olub. O, səslərin 54 fazini qazandığı halda, rəqibi 45 faiz səs yığa bilib. Beləliklə xərçəng xəstəsi olan Uqo Çaves yenidən president seçilib.

Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!