Modern.az

Narkoloji dispanserdə yanğın olub

Narkoloji dispanserdə yanğın olub

Təhsil

8 Oktyabr 2012, 10:09

Dünən günorta saatlarında Respublika Narkoloji dispanserində yanğın baş verib. Hadisənin canlı şahidi olan əməkdaşımızın verdiyi məlumata görə, qısa müddət ərzində böyük bir ərazini əhatə edən yanğını söndürmək üçün 5 yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub. FHN-nin yüksək rütbəli nümayəndələri ərazirə gələrək hadisə ilə yaxından tanış olublar.

Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Bildirilib ki, Xətai rayonunda  Səhiyyə Nazirliyinə məxsus Respublika Narkoloji dispanserin ərazisində 600 kv.m sahədə qamışlıq sahə yanıb. Yanğından yaxınlıqdakı korpuslar mühafizə olunub.

Yanğın saat 13:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır