Modern.az

Azərbaycanlı deputat ABŞ-da türk konsulla bir arada - FOTO

Azərbaycanlı deputat ABŞ-da türk konsulla bir arada - FOTO

8 Oktyabr 2012, 10:52

ABŞ-da səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva bu şəhərdə keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində Texasda Türkiyənin Hyustondakı baş konsulu Cemalettin Aydın və Türk icmasının üzvləri ilə görüşüb.
Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünün və bir dönəm təşkilata sədrlik etməsinin böyük bir uğur olduğunu söyləyən Türkiyənin baş konsulu qardaş Türkiyənin Azərbaycanın uğurlarına hər zaman sevindiyini və əlindən gələn dəstəyi hər zaman əsirgəməyəcəyini bildirib. Azərbaycanın da hər zaman qardaş Türkiyənin yanında olduğunu deyən millət vəkili isə bildirib ki, Azərbaycanın BMT Təhlükəsilik Şurasının qeyri-daimi üzvü seçilməsi və fəaliyyəti Azərbaycanla bərabər Türkiyənin də maraqlarının müdafiəsi deməkdir. 

 Görüş zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. Hyustonda yaşayan türk kökənli insanların sayının getdikcə daha da artdığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.

Qənirə Paşayeva görüş zamanı ABŞ-da yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb.  Millət vəkili onlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə də ətraflı məlumatlar verib və müzakirələr aparılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir