Modern.az

Misir Mərdanov 311 saylı orta məktəbin bağlanmasını əmr edib

Misir Mərdanov 311 saylı orta məktəbin bağlanmasını əmr edib

Aktual

8 Oktyabr 2012, 12:12


Bakı şəhəri Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəbin bağlanması ilə bağlı Təhsil Naziri Misir Mərdanov əmr imzalayıb. Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib.

Zəminə Əliqızı bildirib ki, BŞTİ-nin  Fövqəladə Hallar Nazirliyinə (FHN) etdiyi müraciət əsasında nazirliyin əməkdaşları məktəbdə baxış keçiriblər. Baxış zamanı məktəbin qəzalı vəziyyətdə olması müəyyən olunub.
Bununla bağlı Təhsil Nazirliyinin BŞTİ-nin müdiri Nailə Rzaquliyeva məktubu da  var. Məktubda qeyd olunub ki, Bakı şəhəri Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəbdə yaranan qəza vəziyyəti ilə əlaqədar müəllim və şagird heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə şagirdlər digər məktəblərə köçürülməlidirlər.

Artıq şagirdlərin hansı məktəblərə köçürülməsi barədə də qərar var. Qərara əsasən şagirdlər yaxınlıqda yerləşən 259, 170 saylı orta məktəblərə və 17 saylı peşə məktəbinə köçürülüb.

Z.Əliqızı  FHN əməkdaşlarının məktəblə bağlı verəcəyi qərarı gözlədiklərini deyib:

“FHN mütəxasislərinin  məktəbə baxışdan sonra hansı qərarı verəcəyini gözləmək lazımdır. Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Məktəb binasının sökülüb-sökülməyəcəyi FHN-nin  mütəxəsislərin rəyindən asılı olacaq. Hazırda biz həmin məktəbin müəllim və şagird heyətini digər məktəblərə köçürmüşük”.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!