Modern.az

Bakı Dövlət Universistetində yenilik

Bakı Dövlət Universistetində yenilik

Aktual

8 Oktyabr 2012, 12:58
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun (Almaniya) direktoru Hans Albrexti qəbul edib. Universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb.

Qeyd edək ki, Hans Albrext rektor Abel Məhərrəmovla görüşdən əvvəl BDU-nun Hüquq fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab verib. Qonaq akademik Abel Məhərrəmovla söhbətddə BDU ilə əməkdaşlıq qurulmasında maraqlı olduğunu bildirib.

Akademik Abel Məhərrəmov öz növbəsində BDU-nun Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutu ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Görüşün nəticəsi olaraq, qərara alınıb ki, gələn il BDU-da  Transmilli Cinayətkarlıq üzrə magistratura yaradılsın, universitetin tələbələri və gənc alimləri isə Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun doktoranturasına göndəriləcək.  


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir