Modern.az

“Özünə ailə qura bilməyən adamlar camaata ağıl verir” - Siyavuş Novruzov

“Özünə ailə qura bilməyən adamlar camaata ağıl verir” - Siyavuş Novruzov

25 İyun 2021, 13:40

“Vətəndaşın ailə sirri Azərbaycan Kostitustiyasi ilə qorunur. Halbuki, vətəndaşların ailə problemləri televiziyalarda həll edilir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov deyib. Deputat ailə problemləri mövzusuna həsr edilən televiziya proqramlarını qınayıb:


“Verilişdə özünə ailə qura bilməyən adamlar camaata ağıl verir. Sənin proqramın yaxşı gedə bilər, reytinqi ola bilər. Sən hansı funksiyanı üzərinə götürüb, insanları birləşdirirsən, ayırırsan, barışdırırsan, hansısa bir adamı kənddə biabır edirsən? Uşaq kiminlə qalmalıdır, kim necə boşanmalıdır – bunlar hamısı hüquqi məsələlədir. İnsanlar öz probleminin həllini televiziya kanallarında axtarırlar. Say azalmaq əvəzinə, artır. Hesab edirəm ki, mediasiya haqqında qanun çox yaxşı layihədir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir