“İlk günlərdən də açıqlandığı kimi, koronavirusa yoluxan uşaqlar xəstəliyi daha yüngül keçirirlər”.
Modern.az-ın məlumatına görə, bunuTibbi Ərazi Bölmələrinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva bildirib.
N.Mustafayeva qeyd edib ki, uşaqların böyük əksəriyyəti xəstəliyi assimptomatik keçirir:
“Simptomları daha az olur. Ona görə də uşaqlar yoluxdurma mənbəyi kimi göstərilir. Bəzi hallarda qızdırma, ürəkbulanma, qusma, kəskin respirator virusun əlamətlərlə özünü göstərir. Çox zaman da sağalma ilə yekunlaşır”.