“İstər xarici ölkələrdə yoluxub sağalmış və immun sertitifikatı almış, istərsə də birinci dozanı xaricdə vurduran, ikinci dozanı bizim ölkədə vurdurmaq istəyən şəxslərlə bağlı müzakirələr davam edir”.
Modern.az-ın məlumatına görə, bunuTibbi Ərazi Bölmələrinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva bildirib.
N.Mustafayeva qeyd edib ki, müvafiq qurumlar-Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən sənədlərin qarşılıqlı tanınması ilə bağlı müzakirələri aparılır:
“Yaxın zamanlarda bu haqda qərar qəbul olunacağını gözləyiri. Təbii olaraq, qərar barədə ictimaiyyətə məlumat veriləcək”.