Modern.az

Ramil Usubovdan xəbər var

Ramil Usubovdan xəbər var

Aktual

8 Oktyabr 2012, 13:25

Daxili İşlər Naziri (DİN) general-polkovnik Ramil Usubov bölgələrdə vətəndaşları qəbul edəcək. Bu barədə Modern.az-a DİN-nin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki,  general-polkovnik Ramil Usubov tərəfindən oktyabr ayının 13-də Quba rayonunda vətəndaşların qəbulu keçiriləcək. Həmin qəbulda nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonların sakinlərini qəbul edəcək. Vətəndaşların qəbulu  Quba rayon polis şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayır.

  Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar