Modern.az

Qənirə Paşayeva ABŞ senatoru ilə görüşüb

Qənirə Paşayeva ABŞ senatoru ilə görüşüb

8 Oktyabr 2012, 15:44

ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Texasda keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində senator Rodney Ellisle görüşüb. Modern.az-ın məlumatına görə, Bakı ilə Hyustonun qardaş şəhərlər olduğunu deyən Senator Rodney Ellis ABŞ ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin və əməkdaşlığın getdikcə daha da artdığını və bu əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu deyib. 

Millət vəkili Qənirə Paşayeva Azərbaycan-ABŞ əlaqələrinin və əməkdaşlığının getdikcə daha da artmasından məmunluğunu ifadə edərək parlamentlərarası əlaqələrin də daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Deputat  Azərbaycanda görülən işlər,  həyata  keçirilən proqramlar barədə qonağa məlumat verib. Q.Paşayeva  Azərbaycanın tarixi, mədəniyyəti,  Qarabağ  həqiqətləri  ilə  də  bağlı senator Rodney Ellisə məlumatlar verib və fikir mübadiləsi aparılıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı