Modern.az

Bakı Slavyan Universitetində şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib

Bakı Slavyan Universitetində şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib

8 Oktyabr 2012, 16:02

Bakı Slavyan Universitetinin “Yaradıcılıq fükültəsi”ndə şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib. Görüş şənbə günü – 06.X.2012-ci il tarixində baş tutub. Görüşdə BSU-nun “Yaradıcılıq fakültəsi”nin tələbələri ilə yanaşı digər qonaqlar da qatııb. Tədbiri giriş sözü ilə açan Fərid Hüseyn Q.Nəcəfzadənin şeirləri, yaradıcılılığı haqqında qısa çıxış edərək sözü şairə verib. Q.Nəcəfzadə ilkin olaraq BSU-nun rektoru Kamal Abdullaya gənc yaradıcılara belə bir ədəbi mühit və imkanlar yaratdığı üçün öz dərin təşəkkürünü bildirib, sonra isə ədəbiyyat haqqında bilgilərini, fikirlərini tələbələr və həmkarlarla bölüşüb. Sonra isə həmin şeirlər ətrafında müzakirələr və mübahisələr olub. Sonda isə şair gənclərin şeirlərin dinləyib, fikirlərini bildirib, tövsiyələrini edib. Üç saat davam edən tədbir şair Q.Nəcəfzadənin Mikayıl Müşfiqə həsr etdiyi şeirlə tamamlanıb.

Qeyd edək ki, BSU-nun Yaradıcılıq fakültəsində hər şənbə bir yazıçı və ya şairlə tələbələrin görüşü keçirilir. Görüş keçirilməmişdən bir, yaxud iki həftə öncə görüşü keçiriləcək şairin və ya yazıçının kitabları və ya elektron əsərləri tələbələrə paylanılır. Kitablar tələbələr tərəfindən tam mənsimsənildikdən sonra görüş keçiriləcək vaxt müəyyənləşdirilir. Belə olan halda həm tələbələr dəvət ediləcək yazarın yaradıcılığına tam bələd olur, həm də yazar hazırlıqlı oxucularla görüşmüş olur.


Fərid Hüseyn  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir