Modern.az

BDU-dan Gülər Əhmədova ilə bağlı açıqlama: “Oktyabrın 19-da onun dərsi var”

BDU-dan Gülər Əhmədova ilə bağlı açıqlama: “Oktyabrın 19-da onun dərsi var”

8 Oktyabr 2012, 16:40

“Sabiq millət vəkili Gülər Əhmədova Bakı Dövlət Universitetində iş fəaliyətini itirməyib”. Bu barədə Modern.az-a Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

“Gülər Əhmədova 10 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının  müəlliməsidir. O, yarımştat işlədiyi üçün adətən dərsləri az olur. Bu semestrdə də yalnız bir qrup magistrlə, Axrıncı dəfə sentyabrın 21-də olan dərsini özü keçib. Növbəti dərsi oktyabrın 5-də olmalıydı, həftəaşırı bir qoşa saat dərsi var. ancaq kafedraya məlumat verilib ki, gələ bilməyəcək və dərsi əvəz edilib. Onun növbəti dərsi oktyabrın 19-da olacaq”-deyə P.İbrahimova qeyd edib.

Gülər Əhmədova barədə qalmaqallı videçəkilişi keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yayıb. Həmin videomaterialda Gülər Əhmədova Elşad Abdullayevdən deputat seçilməsinin müqabilində 1 milyon manat rüşvət istəyir.

34 saylı Xətai 2-ci seçki dairəsindən deputat seçilmiş G.Əhmədova məlum video qalmaqalı ilə bağlı mandatdan imtina etməsi ilə bağlı MSK-ya müraciət etmişdi. MSK onun müraciətinə baxaraq deputatı mandatdan məhrum edib.

Respublika Prokurorluğu deputat Gülər Əhmədova ilə bağlı yayılmış videoqalmaqal barədə rəsmi açıqlamasında bildirib ki, audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi