Modern.az

“Borçalı” Cəmiyyəti: “Gürcüstandakı seçkilər Saakaşvilinin zəfəridir”

“Borçalı” Cəmiyyəti: “Gürcüstandakı seçkilər Saakaşvilinin zəfəridir”

9 Oktyabr 2012, 09:21

“Borçalı” İctimai Cəmiyyəti oktyabrın 1-də Gürcüstanda keçirilmiş parlament seçkilərinin demokratik və şəffaf keçirilməsi münasibəti ilə Gürcüstan xalqını təbrik edir. Modern.az-a bu haqda cəmiyyətdən məlumat veriblər.

Cəmiyyətdən bildiriblər ki, bu seçkilərin azad və ədalətliliyinin təmin olunmasında, Gürcüstanda hakimiyyətin demokratik yolla dəyişilməsi ənənələrinin yaradılmasında Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasının rolu və əməyi danılmazdır. Prezident Saakaşvili və onun komandası çoxlarını bir daha demokratiyaya sədaqəti ilə təəccübləndirə bildi.
““Borçalı” Cəmiyyəti hesab edir ki, 1 oktyabr seçkiləri nəinki Gürcüstanın, bütövlükdə Cənubi Qafqazın qələbəsidir. Hesab edirik ki, bu seçkilər Gürcüstanın daha da inkişafına yardımçı olmaqla, Cənubi Qafqaz ölkələrində demokratikləşmə prosesinə öz müsbət təsirini göstərəcəkdir. Bu seçki həm də siyasi mədəniyyət nümunəsi oldu. Qalibin adını ilk açıqlayan və onu təbrik edən, özünü isə müxalifətə keçdiyini bəyan edən də indiki dövlət başçısı Mixail Saakaşvili oldu. “Borçalı” Cəmiyyəti bir daha 1 oktyabr seçkiləri münasibətilə gürcü xalqını təbrik etməklə, bu prosesin soydaşlarımız üçün yaradılmış süni problemlərinin (toponim, torpaq və.s ) ən qısa zamanda həll olunmasına təkan verəcəkdir”.
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir