Modern.az

Azərbaycanda olan sovet təfəkkürü dəyişməlidir

Azərbaycanda olan sovet təfəkkürü dəyişməlidir

10 Fevral 2010, 17:23

Demokratik İslahatlar Partiyasının (DİP) təşəbbüsü, alimlər və gənclərin iştirakı ilə “Avropaya inteqrasiya və mədəniyyət” mövzusunda dəyirmi masa keçirilib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən partiya sədri Asim Mollazadə Avroatlantik məkana inteqrasiya yolunda mədəniyyətin vacib amillərdən biri olduğunu bildirib. Bura həm siyasi mədəniyyət, həm idarəetmə mədəniyyəti, həm də incəsənət və məişət mədəniyyətinin daxil olduğunu qeyd edən DİP sədrinin fikrincə, Azərbaycanda hələ də qalmaqda olan sovet təfəkkürü dəyişərək Avropanın mədəni dəyərləri istiqamətində inkişaf etməyin yolları axtarılmalıdır.

 

Professor Rəhman Bədəlov isə milli ideologiyamızın istinad edə biləcəyi qaynaqlardan danışıb. Daha sonra filosof Ağalar Məmmədov, «Alma» qəzetinin baş redaktoru İsrail Musayev, DİP-in mətbuat xidmətinin rəhbəri Ülkər Abdullayeva, DİP-in Gənclər Təşkilatının sədri Ramin Hacılı, Dalğa GT-nın üzvü Rövşən Nəcəfov, professor Çingiz Abdullayev mövzu ilə bağlı düşüncələrini ifadə ediblər. Sonda bu istiqamətdə tədbirlərin genişləndiriləcəyini, ölkənin aparıcı universitetlərinin də həmin prosesə cəlb ediləcəyini qeyd edən A.Mollazadə bunun cəmiyyətimizə böyük fayda verəcəyinə inamını ifadə edib.

 

 

Tural

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir