Modern.az

Nazirlik çörəyin bahalaşdığını rəsmən təsdiqlədi - AÇIQLAMA

Nazirlik çörəyin bahalaşdığını rəsmən təsdiqlədi - AÇIQLAMA

Aktual

9 Oktyabr 2012, 12:29

Dünən axşam saatlarından etibarən Bakıda çörəyin qiyməti bahalaşıb. Paytaxt mağazalarında bir gün əvvəl 30 qəpiyə satılan çörəyin qiyməti 10 qəpik bahalaşaraq 40 qəpik olub.

İqtisadi İnkişaf Nazirliyi çörəyin bahalaşmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Modern.az-a verdiyi məlumata görə, son günlər İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı monitorinqlər zamanı bəzi ticarət obyektlərində çörəyin çəkisindən asılı olaraq pərakəndə satış qiymətlərində artım müşahidə olunub.
Onun sözlərinə görə, monitorinqlər zamanı qiymətlərində artım qeydə alınmış çörəklərin çəkisində də 100 qramdan çox artım qeydə alınıb:

“Aparılan araşdırmalar qiymət dəyişikliyinin dünya bazarında ərzaq buğdasının bahalaşması ilə əlaqədar olduğunun göstərir. Son üç ay ərzində Azərbaycana ənənəvi taxıl ixracatçısı olan Qazaxıstan və Rusiyada ərzaq buğdasının qiymətində 40-50 faiz artım baş verib. Təbii ki, buğdanını qiymətindəki bahalaşma unun qiymətinin nəticə etibarilə çörəyin maya dəyərinin artmasına səbəb ola bilir.
Bununla belə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında, o cümlədən çörək satışı bazarında çörək məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərini davam etdirir”.

 

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır