Modern.az

Müsəlmanların “Tereza ana”sı Nobel Sülh mükafatını alacaq - FOTO

Müsəlmanların “Tereza ana”sı Nobel Sülh mükafatını alacaq - FOTO

9 Oktyabr 2012, 13:46

Nüfuzlu Nobel mükafatının Sülh üzrə builki laureatının  misirli Megi Cübran olacağı barədə xəbərlər yayılıb. Modern.az “Əl Ərəbiyyə” telekanalına istinadən bildirir ki, Megi Cübran Qahirənin kimsəsiz uşaqlarına kömək etdiyinə görə builki Nobel mükafatının potensial qalibi kimi göstərilir. Məlumata görə, Misirin “Megi anası” olaraq tanınan Cübran Birləşmiş Ştatlar Konqresi tərəfindən namizəd göstərilib.
“Miss Cübran  ali dərəcədə yaxşı qadındır və o yorulmadan minlərlə misirli uşağa kömək edir”-deyə onun haqqənda ChristianPost.com saytı yazıb.
Megi Ana minlərlə xristian və müsəlman uşağa, Qahirədəki kasıb ailələrə  kömək edən “Stefanın uşaqları” adlı qurumun yaradıcısıdır. 

Baxmayaraq ki, Nobel Sülh mükafatı komitəsi namizədlərin adını heç vaxt elan etmir, ABŞın keçmiş prezidenti Bill Klintonun, Almaniyanın keçmiş kansleri Helmut Kolun siyahıda olduğu məlumdur.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi