Modern.az

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlandı

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlandı

Aktual

30 İyun 2021, 12:38

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb.

 

Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz azalaraq 1810,2 milyon manat olub.

 

Hüquqi şəxslər tərəfindən əhaliyə 1151,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 63,6 faizini təşkil edib.

 

Həmçinin bildirilib ki, 2021-ci ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,5 faiz azalaraq 180,6 milyon manat olub.Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,0 faiz azalaraq 120,6 milyon manat təşkil edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə