“Bakı, Sumqayıt, Abşeronda struktur dəyişiklikləri başa çatıb. Hazırda xəstəxanalarda səhiyyənin əlçatanlığının təmin olunması istiqamətində işlər aparılır”.
Modern.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Tibb müəssisələrində struktur dəyişikliyi” ilə bağlı sualları cavablandırarkən bildirib.
K.Ələkbərov qeyd edib ki, aprelin 1-dən ölkə üzrə tətbiq edilən icbari tibbi sığortanın işğaldan azad edilmiş ərazilərimizdə də tətibiqilə proses yekunlaşacaq.