Modern.az

Bakıdakı iri xəstəxanalar birləşdirilir

Bakıdakı iri xəstəxanalar birləşdirilir

Aktual

30 İyun 2021, 15:18

“Struktur dəyişikliklərinin Bakıda həyata keçirilməsi çoxprofilli xəstəxanaların yaradılması məqsədi daşıyır. Məsələn, bir xəstəxanada hər hansı ağırlaşma halında digər tibb müəssisələrindən mütəxəssislərin cəlb edilməsilə zaman itkisi baş verir. Belə halların qarşısının alınması üçün xəstəxanaların birləşdirilməsi həyata keçirilir”.

 

Modern.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Tibb müəssisələrində struktur dəyişikliyi” ilə bağlı sualları cavablandırarkən bildirib.

 

K.Ələkbərov həmçinin qeyd edib ki, birləşmələr ixtisarlara səbəb olmayacaq:

 

“İcbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiqindən bu günə kimi kimsə ixtisara salınmayıb. Optimallaşdırma ixtisar anlamına gəlmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə