Modern.az

Tibb işçilərinə əməkhaqlarının verilməsi qaydaları dəyişdirilir

Tibb işçilərinə əməkhaqlarının verilməsi qaydaları dəyişdirilir

Aktual

30 İyun 2021, 15:48

“İşçi qrup tərəfindən tibb işçilərinin əməkhaqqı qaydalarının dəyişdirilməsi üzərində operativ iş gedir”.

 

Modern.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Tibb müəssisələrində struktur dəyişikliyi” ilə bağlı sualları cavablandırarkən bildirib.

 

K.Ələkbərov qeyd edib ki, yeni qaydalar bütün səhiyyə sahəsini əhatə edəcək:

 

“Qaydalar təsdiq olunduqdan sonra vətəndaşlara geniş məlumat veriləcək”.

 

Direktorun sözlərinə görə, sabahdan Kliniki Tibbi Mərkəzdə əlavələrin verilməsinə başalanacaq:

 

“Əlavələr aprelin 1-dən hesablanacaq və bütün tibb, qeyri-tibb sektorunu əhatə edəcək”.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə