Modern.az

Saakaşvili Qafqaz ölkələrində keçirilən seçkiləri şübhə altına saldı - Bəyanat

Saakaşvili Qafqaz ölkələrində keçirilən seçkiləri şübhə altına saldı - Bəyanat

Aktual

9 Oktyabr 2012, 15:12

“İlk dəfə olaraq postsovet məkanında səlahiyyətlərin verilməsi dinc və demokratik əsasda digərinə verilir

  Gürcüstanda prezident Mixail Saalkaşvili ilə “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvili arasında keçirilən iqtidar-müxalifət görüş başa çatıb. Modern.az bildirir ki, görüşdən sonra Gürcüstan prezidenti verdiyi açıqlamada prosesin hüquq çərçivəsində getdiyini bildirib. 

“Bu, tarixi prosesdir. İlk dəfə olaraq postsovet məkanında hakimiyyət səlahiyyətlərinin verilməsi dinc və demokratik əsasda baş verir. Gürcü xalqı öz seçimini edib. Xalq siyasi prosesləri müəyyən edən əsas simadır. Bizim aramızda bir çox siyasi məsələlərə münasibətdə fundamental fikir ayrılıqları qalır. Ancaq mən Konstitusiyanın qarantı olan prezident kimi hakimiyyətin təhvili zamanı hər hansı problemin yaranmamasına görə məsuliyyət daşıyıram. Biz demokratiyanı saxlamağa borcluyuq. Bu demokratiya davam etməli və gələcəkdə daha da güclənməlidir”-deyə Saakaşvili bildirib.  

Prezidentin bəyanatında deyilib ki, gürcü xalqı tədricən bu prosesi qiymətləndirəcək. “Xalqıma uğur arzu edirəm. Əminəm ki, Gürcüstanın çox gözəl gələcəyi olacaq və biz də bir vətəndaş olaraq bu gələcəyin bir parçası olacağıq”.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?