Modern.az

Avroparlamentdən sərt qərar: “Türk ordusu Kiprdən çıxsın”

Avroparlamentdən sərt qərar: “Türk ordusu Kiprdən çıxsın”

10 Fevral 2010, 17:46

Avropa Parlamenti (AP) Türkiyənin sıxıntılı duruma soxacaq addım atıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl parlamentə təqdim olunan “Türk ordusu Kiprdən çıxsın” adlı məruzə qəbul olunub. Məruzədə son günlər Türkiyədə qalmaqala çevrilən “Bayoz” çevriliş planı da yer alır.

 

Xatırladaq ki, 1571-ci ildə Osmanlı dövlətinin tərkibinə qatılan Kipr adası 1878-ci ilədək bu imperatorluğun idarəsi altında olub və türklərin məskunlaşma yerlərindən birinə çevrilib. 1878-ci ildə ildə isə Osmanlı dövləti adanı İngiltərəyə icarəyə verib. 1918-ci ildə yunanlar "Enosis" adlı (Kiprin Yunanıstana birləşdirilməsi) hərəkata başlayıblar.

 

Kipr hadisələrinin dönüş nöqtəsi Yunanıstanda baş vermiş 15 iyul 1974-cü il hərbi çevrilişilə bağlıdır. Hərbi xuntanın Yunanıstanda hakimiyyəti ələ keçirməsi nəticəsində Makariosun Kipr yunan hökuməti adadan qovulub, prezident Samson başda olmaqla, yeni Kipr hökuməti yaradılıb. Kiprin "enosis"i elan edilib və yunan hərbi xuntası adada etnik təmizləmə siyasətinə başlayıb.

 

1974-cü il iyulun 19-da Makariosun Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasına müraciətindən sonra Türkiyənin 14 vilayətində səfərbərlik elan edilib. İyulun 20-də Bülənt Ecevit Türkiyə hərbi hava qüvvələri və donanmasını adanın şimalına çıxarıb. Türk qoşunlarının apardığı uğurlu əməliyyat nəticəsində adada yunanların zorakılığına son qoyulub və 1975-ci il fevralın 13-də Kipr Türk Federal dövləti elan edilib.

 

BMT 1983-cü il mayın 13-də Kipr Türk Federal Dövlətinin ləğv edilməsi haqqında qərar qəbul edib. Bu hadisədən sonra Kiprin türk əhalisi mayın 20-də dövlət başçısı Rauf Denktaşa əlavə səlahiyyətlər verərək ondan respublikanın elan edilməsini tələb edib və noyabrın 15-də Şimali Kipr Türk Cumhuriyyəti elan olunub. Lakin noyabrın 17-də BMT Təhlükəsizlik Şurasının 541 saylı qərarı ilə Şimali Kipr Türk Cumhuriyyətinin qurulmasına ehtiyacın olmadığı bildirilib və türklərin bu qərardan imtina etmələri təklif olunub. Lakin BMT-nin bu qərarı nə Türkiyə, nə də ŞKTC tərəfindən qəbul edilib. Türkiyə Respublikası Şimali Kipr Türk Cumhuriyyətini rəsmən tanıyıb və 1984-cü ildə qarşılıqlı səfirlər qəbul edilib.

 

Tural

 

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq