Modern.az

Xırdalanda yol qəzası - xəsarət alan var - FOTO

Xırdalanda yol qəzası - xəsarət alan var - FOTO

Aktual

1 İyul 2021, 00:54

Abşeron rayonu, Xırdalan şəhərində iki avtomobil toqquşub.

 

Modern.az xəbər verir ki, yol qəzası Heydər Əliyev prospektində baş verib.

 

Fəxrəddin Məmmədov idarə etdiyi “VAZ 2114” markalı avtomobillə prospektdə hərəkətdə olan zaman eyni istiqamətdə gedən “BMW” ona çırpılıb. Qəza nəticəsində “VAZ 2114” markalı avtomobildə olan sərnişin Fəridə Məmmədova müxtəlif bədən xəsarətləri alıb.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı