Modern.az

Elektrik məntəqəsində paltarını dəyişən süpürgəçi öldü

Elektrik məntəqəsində paltarını dəyişən süpürgəçi öldü

Aktual

1 İyul 2021, 09:40

İyunun 29-u saat 14 radələrində Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən, rayon sakini Kitabə Quliyeva elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Lənkəran rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Lənkəran Elektrik şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olub. Orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var