Modern.az

Sahibə Qafarovanın Macarıstan səfəri Türk dünyasına fayda verəcək

Sahibə Qafarovanın Macarıstan səfəri Türk dünyasına fayda verəcək

Parlament

1 İyul 2021, 12:26

“Azərbaycanın xarici siyasətinin fəal həyata keçirilməsində parlament diplomatiyasının özünəməxsus yeri var. Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Macarıstana səfər bu baxımdan əhəmiyyətlidir”.


Bunu Modern.az-a açıqlamasında deputat, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı Milli Məclisin Sədri Sahibə Qafarovanın Macarıstana səfərini şərh edərkən deyib.


Onun sözlərinə görə, iki ölkə arasında səfərlər münasibətlərin möhkəmlənməsinə ciddi töhfələr verəcək:


“Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti  iyunun 28-dən Macarıstanda rəsmi səfərdədir. Bu kimi parlament səviyyəsində səfərlər ölkələr arasında əlaqələri daha da gücləndirir. Azərbaycanın xarici siyasətində Macarıstan böyük yer tutur.
Macarıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) müşahidəçi statusuna malikdir. Bu da Macarıstanın Türk dövlətləri ilə həmrəyliyini nümayiş etdirir. Həmçinin, Macarıstan Azərbaycanın haqq işində həmişə yanında olub. İşğaldan azad edilmiş ərazilərin bərpasına Macarıstan xüsusi maraq göstərir. Müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir. Hazırda Macarıstan azərbaycanlı gənclərin inkşafına da dövlət səviyyəsində dəstək olur.  Azərbaycanlı gənclərimizin çoxu  Macarıstanda dövlət təqaüdü ilə təhsil alır. Bu da Macarıstanla Azərbaycanın tarixi etnik bağlarını daha da möhkəmlətməsindən xəbər verir”.

Musa Qasımlı deyib ki, Azərbaycan parlamentarilərinin Macarıstan səfəri Türk dünyasına öz faydasını verəcək, Macarıstanın türk dövlətlərilə bağlarını möhkəmləndirəcək.

 

Aysel Məhərrəm

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı