Modern.az

“Ankaradakı \"Azərbaycan Evi\" hər bir diaspor nümayəndəsinin üzünə açıqdır” - Komitə sədri

“Ankaradakı \

2 İyul 2021, 10:56

“Türkiyənin paytaxtı Ankarada açılışı olan Azərbaycan evinin təməli 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan evinin özəlliyi odur ki, hər bir diaspora nümayəndəsinin üzünə açıqdır. Burada həmçinin Qarabağ Araşdırmaları və Şuşa Konqres Mərkəzi də fəaliyyət göstərir”.

 

Modern.az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan evinin açılışı barədə danışarkən deyib

 

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar isə vurğulayıb ki, digər ölkələrdə açılan Azərbaycan evlərində evimizi tanıdırıq: “Türkiyənin paytaxtı Ankarada açılan məkanda isə evimizi paylaşırıq”.

 

Digər çıxışçılar diaspor təşkilatlarının qarşısında duran mühüm vəzifələr, birgə fəaliyyətin tələbləri və yaratdığı perspektivlərdən geniş danışıblar. Qeyd olunub ki, Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti böyük nəticələr vəd edir.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Ankarada fəaliyyət göstərən Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılışı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı