Modern.az

Milli Məclisdə su qıtlığı ilə bağlı hökumətə MÜRACİƏT 

Milli Məclisdə su qıtlığı ilə bağlı hökumətə MÜRACİƏT 

Parlament

2 İyul 2021, 11:40

Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deputatı olduğu Gəncə şəhərində su qıtlığı ilə əlaqədar yaranmış gərgin vəziyyətlə əlaqədar hökumətə müraciət etmək istədiyini bildirib.

 

Modern.az xəbər verir ki, deputat "yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır"-deyə qeyd edib:

 

"Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı, 100- 150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur. 

Bir çox məhəllələrdə Evlərə gündə cəmi 2 saat su verilir.

 

 

Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su- kanalizasiya sistemi yenidən qurulur.

 

2011- ci ildə Azərsu ASC- nin başladığı layihənin indiyədək cəmi 42%- i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq, nəticə yoxdur. Əslində nəticə var: bu qazıq-qazıq küçələr, gündə bir küçədən partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən acınacaqlı nəticə isə odur ki həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılıb. Bu cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir.

 

Nən Hesablama Palatasına səslənirəm: araşdırın bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü, mən Respublika Prokurorluğuna müraciət edirəm.: yoxlayın bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub?

 

Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir.

 

Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6000- ə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su- kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hal hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusu qazılmasına ehtiyac olduğu halda bu il cəmi 1 artezian quyusu qazılması nəzərdə tutulur. Mən hökumıtə müraciət edirəm: cənab baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa meddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu