Modern.az

Ermənistan \"Sərhədsiz Reportyorlar\"ın sorğusunu cavablandırmaqdan imtina etdi

Ermənistan \

2 İyul 2021, 15:17

İsveçdəki Azərbaycan diasporunun fəal üzvləri Abdulla Cavanşir Haşimi,  Aida Amir Haşimi və Nadir Hollenbrandın təşəbbüsü ilə "Sərhədsiz Reportyorlar" təşkilatının bu ölkədəki nümayəndəliyinin //www.reportrarutangranser.se  saytında Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərdən və Ermənistanın yolverilməz davranışından bəhs edən məqalə yerləşdirilib. 

 

Modern.az xəbər verir ki, məqalədə bildirilir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov 2020-ci ildə baş verən müharibədən sonra öldürülən ilk jurnalistlərdir: "Müharibə zamanı 7 nəfərdən çox jurnalist yaralanıb, mina partlayışları nəticəsində ölən və yaralanan mülki şəxslərin sayı isə daha çoxdur".

 

"Sərhədsiz Reportyorları"ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə müdiri Janna Kavalye deyib ki, iki jurnalistin ölümü KİV-də çalışan hər kəs üçün faciəli xəbərdir: "Bu regionda işləmək istəyən digər jurnalistləri də bənzər tale gözləyə bilər və yaxud onlara oraya səfər etməyə və reportajlar hazırlamağa icazə verilməyəcək".  

 

J.Kavalye bu insidentin şəffaf şəkildə araşdırılması çağırışı ilə Azərbaycan və Ermənistan hakimiyyətlərinə müraciət edib.

 

Qeyd edilib ki, Ermənistan hakimiyyəti "Sərhədsiz Reportyorlar" təşkilatının azərbaycanlı jurnalistlərin ölümünün araşdırılmasını şərh etmək barədə sualına cavab verməyib.

 

Məqalədə İsveçdəki “Qarabağ” Azərbaycan Mədəniyyət Dərnəyinin əməkdaşı Aida Amir Haşiminin fikirlərinə də yer verilib. Soydaşımız bildirib ki, Kəlbəcər dünyada ən çox mina yerləşdirilmiş bölgələrdən biridir. 

 

Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyi, yalnız 12 iyun 2021-ci il tarixində ölkəmizin 15 erməni diversantını təhvil verməsi müqabilində Ağdamda yerləşdirilmiş minaların xəritələrinin təqdim edildiyi nəzərə çatdırılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir