Modern.az

Ukrayna Azərbaycanlıları Radasına yeni baş katib təyin olundu - FOTO

Ukrayna Azərbaycanlıları Radasına yeni baş katib təyin olundu - FOTO

2 İyul 2021, 18:08

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) idarə heyətinin toplantısı keçirilib.

 

Modern.az-a verilən məlumata əsasən, tədbir zamanı UAR-ın gördüyü işlər barədə hesabat dinlənilib və təşkilati məsələyə baxılıb. UAR-ın baş katibi vəzifəsinə Ceyhun Məmmədovun namizədliyi irəli sürülüb. Səsvermə yolu ilə Ceyhun Məmmədov qurumun baş katibi, Elşad İbrahimov isə aparat rəhbəri vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, toplantıya internet üzərindən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev də qatılıb. Çıxışı zamanı Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını toplantı iştirakçılarına çatdıran şöbə müdiri göstərdiyi fəaliyyətə görə UAR-ın keçmiş baş katibi Cəlal Hüseynova minnətdarlığını bildirərək, ona uğurlar arzulayıb.  Sonra isə UAR-ın gələcək planları və fəaliyyət istiqamətləri müzakirə edilib. 

 

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir