Modern.az

Şamaxıda ər arvadını BIÇAQLADI

Şamaxıda ər arvadını BIÇAQLADI

Aktual

3 İyul 2021, 12:38

Bəzi kütləvi informasiya vasitələrində Şamaxı şəhər sakini 26 yaşlı Zümrüd Yusifovanın əri Səməd Yusifov tərəfindən bıçaqlanması barədə informasiyalar yayılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 27-də saat 16 radələrində Səməd Yusifov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zümrüd Yusifovaya mətbəx bıçağı ilə çox saylı zərbələr endirməklə qəsdən öldürməyə cəhd edib.

 

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Səməd Yusifov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir