Modern.az

Yanukoviç Timoşenkonu istefaya çağırdı

Yanukoviç Timoşenkonu istefaya çağırdı

10 Fevral 2010, 19:07

Ukrayna prezident seçkilərində qalib gəlmiş, Regionlar Partiyasının sədri Viktor Yanukoviç məğlubiyyətlə barışmaq istəməyən Yuliya Timoşenkonu baş nazir postundan istefa verməyə çağırdı. Modern.az xəbər verir ki, Yanukoviç Timoşenkonu müxalifət düşərgəsinə keçməyə təklif edib.  “Mən rəsmi şəkildə baş nazirə müraciət edərək onu istefa verməyə və müxalifətə keçməyə çağırıram, mən yeni hökumətin formalaşdırılması məsələsi üzrə müxtəlif fraksiyalarla  danışıqlara başlamaq üçün  koalisiya üzvlərini fəaliyyətlərini dondurmağa çağırıram”,-deyə Yanukoviçin partiyanın rəsmi saytında yerləşdirilmiş bugünkü müraciətində bildirilir.

Yanukoviç bəyan edib ki, ölkənin bərpasında maraqlı olan bütün qüvvələrlə işləməyə hazırdır.

“Ölkəyə yeni bir siyasi böhran lazım deyil. Xalq aydın surətdə hakimiyyətin dəyişdirilməsinə tərəfdar çıxıb. Və baş nazir düzgün qərar qəbul etməli və müxalifətə keçməlidir. Bu, xalqın iradəsinin reallaşdırılmasının yeganə ləyaqətli ssenarisidir. Bu bir daha sübut edir ki,  Ukrayna sözdə deyil, işdə demokratik ölkədir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi