Modern.az

Vaksinin 3-cü dozasını hansı deputat vurduracaq? - Özlərindən cavab

Vaksinin 3-cü dozasını hansı deputat vurduracaq? - Özlərindən cavab

3 İyul 2021, 13:28

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

 

Peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycan Respublikasında istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

 

Maraqlıdır bəs, deputatlar 3-cü doza vaksin vurduracaq?

 

Modern.az saytının əməkdaşı bununla bağlı deputatlar arasında sorğu keçirdib.

 

Deputat Əziz Ələkbərli üçüncü dozanı da vurduracağını deyib:

 

“Mən birinci dozanı fevralın 26-da, ikinci dozanı isə martın 26-da vurdurmuşam. Əgər üçüncü dozanın vurdurulması barədə qərar qəbul olundusa, təbii ki, vurduracam. Hansı vaksindən vurdurmaq məsələsinə gəldikdə isə, mən həkim deyiləm, amma həkim dostlarımın məsləhətinə böyük etimadım var. Hansı vaksini məsləhət bilərlərsə, onu da vurduracam. İndiyə qədər nə özüm, nə də ailəmdən bir kimsə xəstələnməyib, ümid edirəm ki, bundan sonra da xəstələnmərik. Əsas odur ki, Operativ Qərargahın tələblərinə birə-bir əməl edilsin”.

 

Deputat Arzu Nağıyev bildirib ki, sağlamlıq məsələsi olduğu üçün məsləhət olunarsa, vurduracaq:

 

“Mən hər iki vaksini vurdurmuşam. Təbii ki, üçüncü doza da olsa vurduracam. Bu sağlamlıq məsələsidi hər kəs ciddi yanaşmalıdır”.



Deputat Aydın Hüseynov qeyd edib ki, Türkiyə istehsalı və ya Türkiyənin istifadə etdiyi vaksinə üstünlük verəcək:

 

“Hər kəsi vaksin vurdurmağa səsləyirəm. Bu sağlamlığınız üçün çox önəmlidir. Mən hər iki vaksini vurdurduğum kimi, üçüncü doza vaksini də vurduracam. Əsasən Türkiyənin istifadə etdiyi vaksinə üstünlük verəcəm”.

 

Deputat Fəzail Ağamalının sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı və mütəxəsisslər bunu məsləhət görürsə, biz tərəddüd etmədən üçüncü doza vaksini vurdurmalıyıq:

 

“Əgər üçüncü doza vaksin sağlamlığımız üçün zəruridirsə, təbii ki, vurduracayıq. Əgər Ümumdünya Səhiyyə Təşkilatı və mütəxəsisslər bunu məsləhət görürsə, biz də tərəddüd etmədən əməl etməliyik. İnşallah, gələn həftənin əvvəlləri həkimlərlə məsləhətləşib, üçüncü doza vaksin olunacam”.

 

Deputat Anar İsgəndərov isə xəstəlik keçirdiyi üçün vurdurmadığını, amma zərurət yaranarsa, təbii ki, vurduracağını deyib:

 

“Mən xəstəliyi keçirdiyim və antitel yaradığı üçün həkimlər məsləhət görmədilər. Amma təbii ki, nəzarətdə saxlayıram. Həkimlər vurdurmağımı məsləhət bilsə, hər üç dozanı qəbul edəcəm. Bu tək Azərbaycanın yox, bütün dünyanın dərdidir. Azərbaycan da bu dərdi yox etmək üçün əlindən gələni edir. Xalqımız da bu barədə yardım etmək üçün vaksin vurdursunlar”.

 

Deputat Vüqar İsgəndərov deyib ki, yoluxmanın azalma səbəbi vaksinləşmə prosesindən asılıdır:

 

“Hazırda ölkəmizdə yoluxma sayında azalmalar var. Bu səbəbdən də karantin şərtləri yumuşaldılır. Bunun da əsas səbəbi vaksinləşmə prosesidir. Vaksin vurdurulması kütləvi halda olmalıdır. Koronavirus bəlasından qurtulmasın tək yolu vaksin olunmaqdır. Mən artıq iki doza vaksini də vurdurmuşam. Əgər məsləhət görülsə, üçüncü dozanı da qıbul edəcəm. Çünki biz bu sahədə nümunə olmalıyıq. Bu özümüzü, ətrafımızı, ailəmizi qorumaqdır”.

 

Fidan İlqar




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi