Modern.az

Deputat nişanı və vəsiqəsi Gülər Əhmədovadan alınmayacaq

Deputat nişanı və vəsiqəsi Gülər Əhmədovadan alınmayacaq

Parlament

10 Oktyabr 2012, 18:12

Adı rüşvət qalmaqalında hallanan Milli Məclisin sabiq üzvü Gülər Əhmədovanın deputat mandatı ləğv edildikdən sonra ictimaiyyət onun deputat vəsiqəsi və döş nişanının qaytarılıb-qaytarılmayacağı ilə maraqlanmağa başlayıb.

“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında Gülər Əhmədovadan deputat vəsiqəsinin alınmayacağını deyib. Onun sözlərinə görə, millət vəkillərinə verilən vəsiqə və döş nişanları heç vaxt geri qaytarılmır.

“Bu məsələlərin ümumiyyətlə hər hansı sənədlə nizamlanması mümkün deyil. Döş nişanı və deputat vəsiqəsi bir qayda olaraq sabiq deputatlarda qalır. Çünki bunlar onların fəaliyyət dövründə verilən fərqləndirici sənədlərdir. Deputat mandatı əlindən alınıbsa, döş nişanı və yaxud deputat vəsiqəsinin onda qalmasının heç bir əhəmiyyəti yoxdur. Burada hər hansı sui-istifadə halından söhbət gedə bilməz. Artıq bu imtiyazlardan istifadə etməyə ehtiyac duyulmur. Bu zamana kimi bütün sabiq deputatlarda bunlar hamısı qalıb. Heç kimin nə vəsiqəsi, nə də döş nişanı əlindən alınıb. Hətta vəfat edən deputatların da ailəsinə bunlar qalır. İstər deputat vəsiqəsi olsun, istərsə də döş nişanı həmin insanın şəxsi arxivində qalır”, -deyə Ə.Nuriyev məlumat verib.



Anar RÜSTƏMOV
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!