Xəzər dənizində çox sayda palçıq vulkanları var və mütəmadi olaraq aktivləşirlər.
Modern.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
O qeyd edib ki, dünən Xəzərdə partlayışla müşahidə edilən vulkan, 1945-ci ildə püskürübmüş:
“Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmənin davamlılığı 8 dəqiqə davam edib. Vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub”.