Modern.az

Palçıq vulkanı ərazisində SOCAR-ın infrastrukturu var? - AÇIQLAMA

Palçıq vulkanı ərazisində SOCAR-ın infrastrukturu var? - AÇIQLAMA

Aktual

5 İyul 2021, 12:47

Partlayış olan ərazidə heç bir qazma işləri aparılmayıb. Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov deyib.

Onun sözlərinə görə, palçıq vulkanın baş verdiyi ərazidə SOCAR-ın heç bir infrastrukturu yoxdur.

SOCAR rəsmisi deyib ki, ümumilikdə platformalar inşa edilərkən risklər qiymətləndirilir:

“Xəzər dənizində vulkanlar mövcuddur, amma bunu tədqiq etmək üçün hər hansı layihədən əvvəl o yerlər öyrənilir. Risk ola biləcək yerlərə yaxın ərazilərdə platforma tikilməməsinə çalışılır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir