Modern.az

Rəsmilər vulkan püskürən adaya GEDİRLƏR

Rəsmilər vulkan püskürən adaya GEDİRLƏR

Aktual

5 İyul 2021, 12:53

“Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilər palçıq vulkanı püskürən həmin adaya çətinliklə yaxınlaşa bilir".

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. O qeyd edib ki, bir neçə qurum rəsmiləri təhlillər aparmaq üçün adaya yaxınlaşacaq: 

 

"Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq".

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi general-mayor Niyazi Zamanov deyib ki, bu qurum palçıq vulkanı ilə bağlı xüsusi qrup yaradıb

O qeyd edib ki, yaradılmış xüsusi qrup yaxın vaxtlarda hadisənin baş verdiyi əraziyə göndəriləcək: 

 

"Daha sonra isə ictimaiyyətə ətraflı məlumat veriləcək. Ancaq palçıq vulkanının baş verdiyi ərazidə vulkan sönmə mərhələsindədir”.

 

N.Zamanovun sözlərinə görə bu gün helikopter tərəfindən vulkan püskürən əraziyə baxış keçirilib:

 

"Palçıq vulkanı Salyan rayonunun sahildən 33 km məsafədə Daşlı adada püskürüb. FHN həmin an helikopterlə xüsusi cihazla araşdırma aparıb və məlum olub ki, radiasiya fonu yoxdur".

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!