Modern.az

Xəzərdə güclü zəlzələ gözlənilir? - Rəsmi AÇIQLAMA

Xəzərdə güclü zəlzələ gözlənilir? - Rəsmi AÇIQLAMA

Aktual

5 İyul 2021, 12:44

“Bakı və Abşeron üçün zəlzələ təhlükəsi Xəzər dənizindədir. Texnologiyanın böyük inkişafına baxmayaraq, qısamüddətli proqnoz vermək 100 illər sonra mümkün olacaq”.

 

Modern.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

 

Q.Yetirişli deyib ki, təcrübədə proqnozların doğrulması var:

 

“2012-ci ildə mayın 9-da cənab Prezident 7 may zəlzələsilə bağlı Zaqatalada müşavirə keçirəndə bildirdim ki, növbəti güclü zəlzələ Balakəndə olacaq. Zəlzələ də oktyabrın 14-də oldu. Mən vaxtı bilmirdim. Yaxud Bakı zəlzələsilə bağlı hələ apreldən məlumat vermişdik ki, Xəzərdə güclü zəlzələ gözlənilir. Amma bunu ictimaiyyətə açıqlaya bilməzdik, açıqlasaydıq, dünya, aləm qarışardı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir