Modern.az

Zeynəb Xanlarova videoqalmaqal barədə: “Yıxılana balta vurmuram”

Zeynəb Xanlarova videoqalmaqal barədə: “Yıxılana balta vurmuram”

Parlament

11 Oktyabr 2012, 10:38

 
Sabiq millət vəkili Gülər Əhmədova və fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayev arasındakı rüşvət qalmaqalından bəhs edən videomateriala, bu ətrafda baş verən hadisələrə deputat Zeynəb Xanlarova münasibət bildirib.

Modern.az saytına eksklüziv açıqlamasında Zeynəb Xanlarova digər həmkarlarından fərqli olaraq, Gülər Əhmədova barəsində hər hansı sərt fikir söyləmək istəmədiyini deyib. Belə ki, o yıxılanlara balta vuranlardan olmadığını vurğulayıb.

“Mən yıxılana balta vuran adamlardan  deyiləm. Yıxılanın əlindən tutub qaldırmağa çalışıram. Bu mənim xarakterimdir “-deyə millət vəkili bildirib.

Şahanə RƏHİMLİ   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı