Modern.az

İbrahim Tatlısəsin evlərini əlindən aldılar

İbrahim Tatlısəsin evlərini əlindən aldılar

Dünya

11 Oktyabr 2012, 13:25

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin 18 evi əlindən alınıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Tatlısəs Doğtaş mebel şirkətinə olan 2.3 milyon lirəlik borcunu ödəmədiyi üçün mügənninin Bodrumda yerləşən 18 evinə əl qoyulub. Məhkəmənin qərarı ilə Doğtaş şirkəti həmçinin İbrahim Tatlısəsin Bodrumdakı otelinə də şərik olub.

Qeyd edək ki, Doğtaş şirkəti İbrahim Tatlısəsə məxsus otelin mebel təminatı ilə bağlı müqaviləni yerinə yetirsə də, müğənni şirkətə 2.3 milyon lirəlik borcunu ödəmədən imtina edib.

N.Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?