Arxiv
7 İyul 2021, 15:30 | MÜSAHİBƏ
REAL TV-nin savaş müxbiri: “Həyat yoldaşım qızğın döyüşlərin getdiyi vaxtda cəbhə xəttinə gəldi...” - MÜSAHİBƏ

Bir var tarixi yaradanlar, bir də var bu tarixi yazanlar. Ötən ilin 44 günündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusu tariximizin ən şanlı səhifələrini yaratdılar.  Ordunun bu qəhrəmanlığını yazıya və görüntüyə alanlar isə jurnalistlər oldu. Milli Mətbuat günü ərəfəsində Azərbaycanın 44 günlük şərəf tarixini yazanlar, savaş jurnalistləri ilə bağlı layihəmiz davam edir.

Modern.az-da növbəti həmsöhbətimiz REAL TV-nin savaş müxbiri, həm Birinci Qarabağ müharibəsi, həm də Vətən Müharibəsində ən qaynar nöqtələrdən reportajlar hazırlayan tanınmış hərbi journalist İlqar Mikayıoğludur. 


- İlqar, sən jurnalist kimi Birinci Qarabağ Müharibəsində də iştirak etmisən. Yəqin ki, jurnalistika nöqteyi -nəzərindən Vətən Müharibəsində vəziyyəti ən düzgün dəyərləndirə biləcək insanlardan biri də sənsən. Birinci Qarabağ Müharibəsi ilə Vətən Müharibəsi arasında jurnalist kimi çalışmanın  fərqlərini necə izah edərdin?

 

- Birinci Qarabağ Müharibəsi ilə Vətən Müharibəsini müqayisə edəndə fərqləri görmək mümkündür. O dövrün hərbi əməliyyatları ilə indiki hərbi əməliyyatlar arasında fərq nə dərəcədə böyük idisə, jurnalistlər arasında da fərq o dərəcədə böyük idi. Birinci Qarabağ Müharibəsində biz pərakəndə işləyirdik, bir mərkəzləşdirmə yox idi. Amma Vətən Müharibəsində bu mərkəzləşdirmə sistemi olduğundan artıq özün başa düşürdün, bilirdin ki, sən konkret olaraq nə işləyirsən, necə işləyirsən. Hansı məlumatı vermək olar, hansını olmaz. Müharibədə “olmaz” sözü daha çox səslənir, nəinki “olar” sözü. Anlayışla qəbul etmək lazımdır. Bu “olmaz”ların hər biri bizim konkret olaraq müharibədə qalib gəlməyimiz üçün atılan addımlar idi. Birinci Qarabağ Müharibəsində biz harada gəldi, necə gəldi çəkirdik, işləyirdik. Təbii ki,  bunun da öz səbəbləri vardı. Amma Vətən Müharibəsi göstərdi ki, istənilən sahədə - fərq etməz, istər Bakıda ev tikən bir usta olsun, istərsə də döyüşən əsgər olsun, bunların hamısının fəaliyyəti sistemli şəkildə tənzimlənməlidir. Belə olan halda biz lazımi nəticəni əldə edə bilərik. Elə də oldu.

 

- Birinci Qarabağ Müharibəsində Azərbaycanın ən böyük sıxlntısı haqq səsini dünyaya çatdıra bilməməsi idi. Az-çox bu işi Sizin də çalışdığınız ANS öz üzərinə götürmüşdü. Amma təbii ki, yalnız Çingiz Mustafayevin, sənin, Vahid Mustafayevin, eləcə də tək - tük xarici jurnalistlərin çəkdikləri ilə dünyada ölkəmizə qarşı informasiya blokadasını yarmaq mümkün deyildi. Amma bu dəfə həm Müdafiə Nazirliyinin informasiya departamenti qüsursuz işlədi, həm də  xarici media kifayət qədər yüksək səviyyədə təmsil olunmuşdu. Türkiyə mediasının rolu isə təbii ki,  əvəzsiz idi. Bəs, yerli medianın əsas funksiyası yalnızca ölkə əhalisini məlumatlandırmaqla məhdudlaşırdı, yoxsa xarici medianın diqqətini cəlb edəcək,  istinad edə biləcəkləri xəbərlər toplaya bilirdiniz?

 


- Təbii ki, Birinci Qarabağ Müharibəsində biz ANS olaraq çox çalışırdıq. Çingiz (Çingiz Mustafayev – A.B.) rəhmətlik də, Röyters-in uşaqları, hər birimiz informasiya blokadasını yarmaq üçün əlimizdən gələni edirdik, çox yerlərə məlumatlar göndərirdik. Bu müharibədə, bəli, Müdafiə Nazirliyi qüsursuz işlədi. Təbii ki, söhbət yalnız ordunun döyüşə hazırlığından getmir. Eyni zamanda Müdafiə Nazirliyinin informasiya sistemi də müharibəyə hazırlıqlı idi, iş çox düzgün qurulmuşdu. Türkiyə mediası daha geniş imkanlara malik olduğundan onlar qaynar bölgələrdən məlumatları bütün dünyaya çatdırırdılar. Bizim yerli media da yalnız Azərbaycan üçün nəzərdə tutulmamışdı. Dostlarımız da, düşmənlərimiz də hər dəqiqə İnternetdə Azırbaycandan məlumat gözləyirdilər. Bu səbəbdən yerli media əllərində olan  məlumatları paralel olaraq  İnternetdə də yayırdı. Azərbaycandan yayılan istənilən məlumatı da götürüb tərcümə etmək beynəlxalq media üçün elə də çətin məsələ deyildi. Mən dəfələrə xarici KIV-lərin bizim məlumatlarımıza istinad etmələrinin şahidi olmuşam. Hətta  özüm “Rossiya – 24” telekanalı üçün  birbaşa cəbhə xəttindən məlumat vermişəm, reportajım da yayımlanıb. Rus dilini bildiyimdən mən Rusiya telekanallarına məlumatlar ötürürdüm. Bizim jurnalistlərimiz arasında ingilis, fransız, alman, ərəb dillərini bilənlər də məlumatlar ötürürdülər. Bir sözlə, informasiya blokadasının yarılmasında türklərlə yanaşı bizimkilər də yaxşı işlədilər.

 

- Məncə Vətən müharibəsində sosial medianın rolu xüsusi vurğulanmalıdır. Bəzi məqamlarda hətta ənənəvi medianı belə geridə qoydu sosial media. Ən azından Prezident İlham Əliyevin azad olunmuş ərazilərlə bağlı xəbərləri ilk  sosial mediadan duyurması bu informasiya kanallarının əhəmiyyətini göstərdi. Qısa vaxtda sosial şəbəkələrdə dövlət başçımızın izləyicilərinin sayı fantastik sürətlə artdı. Sualım belə olacaq: bəs biz bu müharibədə sosial şəbəkələrin imkanlarından yetərincə yararlana bildikmi?

 

- Mən deməzdim ki, sosial media ənənəvi medianı geridə qoydu. Sosial media bir qayda olaraq ənənəvi medianın məlumatlarına əsəslanırdı və cəbhə xəttində daha çox ənənəvi medianın əməkdaşları işləyirdi, nəinki sosial medianın və bu doğru qərar idi. İş orasındadır ki, ənənəvi medianın əməkdaşları nə işlədiklərini, niyə işlədiklərini,  necə işləməli olduqlarını və hansı məlumatları ötürməli olduqlarını çox gözəl bilirdilər. Orada bir neçə blogerlə qarşılaşdım. Bir misal çəkəcəm. Müharibənin ilk günü mən Horadizdəyəm. Orada bir millət vəkilindən müsahibə alırdım.  Bir də gördüm bir videoblogerimiz əlində telefon, Horadizin tanınan bir ərazisi var, saat olan ərazi, stansiyanın qarşısında, dayanıb orada çəkiliş aparır, qışqıra-qışqıra danışır. Ona elə gəlir ki, belə qışqırmaqla, danışmaqla, telefonla birbaşa onlayn efirə çxmaqla bizim vətənpərvərliyimizi göstərir. Amma bu adam başa düşmürdü ki, onun “onlaynına” düşmən də baxır və düşmən həmin ərazidə insanların toplaşdığını görür və çox asanlıqla artilleriya ilə oranı vura bilər. Bununla da bizim mülki əhali arasında itkilərin sayı artar. Bu şəxs bunu başa düşmürdü, yaxud da bu adam sadəcə özünü göstərmək istəyirdi ki, mən də burdayam. Mən polis əməkdaşına yaxınlaşıb vəziyyəti başa saldım və dedim ki, həmin adamı oradan yığışdırın, bu adam özü də bilmədən düşmənə koordinatları verir. Bəli, Ali Baş Komandanımız bir qayda olaraq sosial platformadan istifadə edirdi. Amma indi bir məqama baxaq: Ali Baş Komandan sosial platformadan istifadə edəndə bir qayda olaraq bir neçə dəfə yoxlanılmış, tam dəqiqləşdirilmiş məlumatı paylaşırdı. Prezident bilirdi nə edir.  Amma sosial media “xəbərçiləri” bəzən şaiyəni xəbərə çevirirlər.   Sosial medianın imkanlarından çox yararlandığımızı da inkar etmirəm.  Amma bu o demək deyil ki, sosial platformalar ənənəvi medianı kölgədə qoydu. Yox. Sosila medianın ənənəvi medianı vurub keçməsi üçün sosial mediada işləyən blogerlərin peşəkarlığı ənənəvi mediada işləyən şəxslərin peşəkarlığı qədər olmalıdır.

 

- Dünyanın nüfuzlu media strukturlarında erməni təsirlərinin güclü olması heç kəsə sirr deyil və bu müharibədə biz bir daha bunun şahidi olduq. Hətta sosial şəbəkələrdə də  ermənilərin təsiri çox güclüdür və bu təsir imkanlarından istifadə edərək sosial mediada Azərbaycanla bağlı məlumatların yayılmasına mane olurdular.  Ermənilərin əleyhinə paylaşımlar edənlərin tez-tez bloklanması həmin bu ermənilərin "xidmətləri" idi. Necə düşünürsən, bu strukturlarda azərbaycanlıların da çalışmasını təşviq etmək üçün nə etmək lazımdır?

 


- Razıyam, azərbaycanlılar mütləq dünya sosial şəbəkələrində çox olmalıdır. Müharibə bunu bizə göstərdi. Bu bizə nə verər? Birincisi, orada bizim gücümüz artar, ikincisi biz həmin o şəxslərdən istifadə edərək sosial şəbəkədə öz mövqelərimizi möhkəmləndirə bilərik. Düşmən konkret olaraq sosial mediada əlindən gələni etməyə çalışdı. Mən idiyə qədər də facebook-da blokdayam. Bir erməniyə bir şey yazdım,  o erməni dilində cavab yazmışdı. Qarşılığında yazdım ki, mən Süleyman Peyğəmbər deyiləm ki,  hər heyvanın dilini bilim, adam dilində yaz. Və ona görə də  bloka düşdüm. Mən çox gözəl bilirəm ki, ermənilər də bloka düşürdülər. Amma yenə də azərbaycanlıların sosial platformaların idarəetmə strukturlarında təmsil olunmaları bizim üçün vacib məqamdır. Bundan sonra bəli, biz hücum diplomatiyasından da istifadə edərək mütləq və mütləq sosial şəbəkələrdə yüksək vəzifələrdə mövqelərimizi möhkəmləndirmək üçün konkret strategiya hazırlamalıyıq. Gənclər hazırlanmalı, onlar xaricə göndərilməli, təhsil xərcləri qarşılanmalıdır, yalnız və yalnız azərbaycanlı həmin sosial şəbəkələrin inzibati mərkəzlərində önəmli postlarda olsun deyə. Çünki bundan sonra müharibə sosial şəbəkələrdə gedəcək.

 

- Yerli jurnalistlər müharibə ərzində onlara informasiya toplamaq üçün lazımi şəraitin yaradılmamasından şikayətlənirlər. Sən deyək ki, müharibə şəraitində təhlükəsizlik tədbirlərinə  gənc jurnalistlərdən daha yaxşı bələd olan biri kimi necə düşünürsən, media üçün yaradılmış şəraiti qənaətbəxş saymaq olardımı, yoxsa yersiz məhdudiyyətlər həqiqətən vardı?

 

- Yerli jurnalistlərimizin hər biri çox çalışırdı ki, döyüşləri  çəksin. Amma istər Birinci Qarabağ Müharibəsi, istərsə də Vətən Müharibəsini görən bir şəxs kimi deyə bilərəm ki, bu muharibə Birinci Qarabağ Müharibəsindən çox fərqlənirdi. Əgər Birinci Qarabağ Müharibəsində bizə gün ərzində 6-7  artilleriya mərmisi atılırdısa və biz bunu çox sayırdıqsa, bu dəfə dəqiqədə 6-7 artilleriya mərmisindən söhbət gedirdi, güllədən yox. Ondan qaçmaq, gizlənmək həddən artıq çətin idi, xüsusilə də ön xəttə. Təsəvvür edin ki, bizim təcrübəsiz gənclərimiz ora girsəydilər nə qədər şəhid jurnalistimiz olardı. Mən buna tam əminəm. Jurnalistlərin birbaşa döyüş zonalarına buraxılmaması ilk növbədə onların sağ qalmasına şərait yaratdı və biz bu döyüşdən minimal itki ilə çıxdıq. İkincisi, hansısa yoxlanılmamış və dövlətin müharibə strategiyasına uymayan xəbərlərin yayılmasının qarşısı alındı. Digər tərəfdən, hər bir jurnalist özünü dövlətçilik mexanizminin birdişli təkəri, bir vinti, bir yayı kimi hiss etməlidir. Burada artıq söhbət mənim şəxsi ambisiyalarımın fonunda “hansısa xəbəri verim və məni tanısınlar ki, mən cəbhə xəttində olmuşam”dan yox, “mən  dövlətə lazım olan bir işin qulpundan yapışmışam”dan gedir, bu mütləq idi. Ona görə də bu çox doğru addım idi. Biz yerlərdə “düşmən oranı vurdu, buranı vurdu” şəklində məlumatları toplayırdıq. Konkret haraların azad olunması xəbərlərini isə Ali Baş Komandan verirdi. Bəli, mən qalib gəlməyimizdən sonra tam əminliklə deyirəm ki, bizim üçün yaradılmış şərait qənaətbəxş idi. Məhdudiyyət olmalı idi, bunu hamı başa düşməlidir. Bu müharibədir, müharibədə hansısa qadağa, məhdudiyyət olmasa bu hansısa quldur dəstəsinin döyüşməsinə bənzəyəcəkdi. Ama biz nizami orduyduq, nizami ölkə idik, nizami vətəndaş idik. Ona görə də hər birimiz dövlətin siyasət maşınının bir parçası kimi işləməli idik. Birimiz orada bir yanlışa yol versəydik bütün sistem məhv ola bilərdi. Dövlətçilik bu müharibədə hər şeyi üstələməli idi, üstələdi də. Etiraf edim ki, bəli, təcrübəm çox olduğundan mən irəlidən gedib elə material gətirərdim ki, heç kim onu edə bilməzdi və ya etməyə cəhd etsəydi şəhid olardı. Mən bilirəm ki, mən də şəhid ola bilərdim, amma dövlət görməli olduğumuz işi bizə gördürdü. Biz də bunu bacardıq, dövlətin bizə verdiyi “döyüş tapşırığını” yerinə yetirdik.

 

- Müharibə boyu həm acı, həm də böyük sevinclər yaşadıq. Sənin yaddaşında silinməz iz buraxan anlar hansılar oldu?

 

- Hə, həm acı, həm də sevinc oldu. Mən müharibə gedə-gedə iki yaxınımı itirdim, bir əmioğlum, bir də bizim ailədə bir cavan oğlan qalırdı – Əmrah, o şəhid oldu. Faktiki olaraq iki şəhid verdim. Ona görə də çox qəzəbli idim, indi də qəzəbliyəm. Cəbhə xəttində Nurlan Ağakişiyev vardı, cavan oğlandı. Mən indi də onun şəklini görəndə utanıram. Onun şəkli, əmim oğlu Abbasın, evimizdə qalan Əmrahın və çox-çox şəhidlərimizin şəkilləri gözümün qabağından getmir və getməyəcək də. Bu mənim üçün çox böyük bir acı idi. Çox istəyirdim ki, mən özüm gedim onlar sağ qalsın. Amma təəssüf...

             
Təbii ki, sevincli günlərimiz də çox oldu. Hər bir rayon azad        olduqca, əməlli başlı sevinirdik orada. Amma ən yadda qalan məqam Şuşa şəhərinin azad olunması xəbəri idi. Ali Baş Komandan bu barədə məlumat verəndə Smerç raketinin Tərtərə gəlib düşməsi, o raketin partlayış səsi hələ də qulağımdadır. Binanın o biri tərəfində raket partladı, bu biri tərəfində biz idik. O anda düşündm ki, müharibənin qurtarhaqurtarında şəhid olmaq heç düzgün olmazdı. Və təbii ki, ayın 10-unu  xüsusi qeyd etməliyəm. Ayın 10-da gecə oğlum Cahandar mənə zəng vurdu və başladı qışqırmağa “qələbə! papa qələbə!”. Mən öncə heç bir şey anlamadım, yuxulu idim,  çox yorğun olduğumdan yatmışdım. Sonra televizoru açdım, gördüm ki, Ali Baş Komandan danışır. Artıq danışa-danışa çıxdım Bərdəyə. Bərdədə hamı küçədəydi, hamı qələbəni qeyd edirdi. Bax, bu fantastika idi. Onu görmək lazımdı, onu bir də yaşamaq lazımdı, onun verdiyi sevinc başqadır.



Həyat yoldaşım Zülfiyyənin qızğın döyüşlərin getdiyi bir vaxtda cəbhə xəttinə gəlməsi, çəkilişlərə mənimlə birlikdə getməsi də müharibə boyu yaşadığım ən sevincli, ən yaddaqalan günlərdən idi.  Yaxınlığımıza raket, mərmi düşürdü partlayırdı, amma bu adam qətiyyən elə şeylərə diqqət etmirdi və daim mənimlə birlikdə cəbhə xəttində idi. Elə məqam olurdu ki, özümü dekabristlər kimi hiss edirdim. Dekabristləri də sürgün edəndə həyat yoldaşları da onları atmayıb arxalarınca sürgünə getmişdilər. Bir növ məndə də elə oldu. Özümü dekabristlər kimi hiss edirdim.

 

- İlqar, xatırlayıram ki, sən ANS-də efirə çıxarkən salamlaşman hər dəfə "Azərbaycanın şəxsi heyətinə salam" şəklində olardı. Anladığım qədəri ilə bu o demək idi ki, torpaqlarımız işğalda olduğu müddətcə hər bir azərbaycanlı əsgərdir, şəxsi heyətin bir üzvüdür. İndi necə düşünürsən, Azərbaycan xalqı “azad” komandasına qayıda bilərmi?

 

- Hə, Azərbaycanın şəxsi heyətinə salam- həmişə efirdədi. İndi də efirdə bir qayda olaraq Azərbaycanın “şəxsi heyətinə salam”  deyirəm. İş  orasındadır ki, mən hərbi düşüncəli insanam. Mənim üçün Azərbaycan həmişə, indi də böyük bir hərbi hissədir. Azərbaycan böyük bir hərbi hissə olduğuna görə onun hər bir vətədaşı həmin hərbi hissənin əsgəri, zabiti, giziri, texnikidir. Həmin o şəxsi heyət, Azərbaycan adlı hərbi hissənin şəxsi heyəti bu müharibədə qalib gəldi.  Biz farağat komandasından hələ azad komandasına keçməmişik. Bizə hələ də heç kim azad komandası, dağılış komandası verməyib və əmin olmaq istəyirəm ki, yaxın bir neçə il ərzində heç kim bizə “azad”, “dağılış”deməyəcək. Çünki bu dəqiqə biz müharibədən sonra elə bir vəziyyətdəyik ki, daim farağatta olmalıyıq. Daim “döyüşə”, yəni “hərəkətə keç” komandasını gözləməlyik. Ola bilər, bəlkə də bir neçə ildən, bir neçə on ildən sonra həyat tərzimiz elə dəyişdi ki, həmin məqamda bizə azad komandası verilə bilər, ama hal-hazırda Azərbaycanın şəxsi heyəti farağatdadır. Və bu bizə qazandığımız qələbənin ardını gətirməyə - iqtisadiyyat, mədəniyyət, idman- bütün sahələrdə uğur qazanmağa imkan verir.

 


Azadə Balayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?