Modern.az

Qəza törədən sürücüyə görə “BakuBus”a XƏBƏRDARLIQ

Qəza törədən sürücüyə görə “BakuBus”a XƏBƏRDARLIQ

Aktual

7 İyul 2021, 16:26

24 iyun saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə baş verən qəzanın səbəbi bəlli olub. 7 nəfərin xəsarət aldığı qəza ilə bağlı yayılan videogörüntüdə, hadisənin sərnişindaşıma zamanı sürücünün telefonla məşğul olması səbəbindən baş verdiyi aydınlaşıb.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a məsələ ilə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edildiyini bildirib:

 

“Sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ən vacib məqamlardan biridir. Bununla bağlı “BakuBus” MMC də daxil bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir.

 

Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlər yolverilməzdir. Bu məsələ ilə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edilib. Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib”.

 

“Videodan da göründüyü kimi sükan arxasında mobil telefondan istifadə, sürücünün ani diqqətsizliyi məhz bu cür qəzalara, insan həyatına səbəb olar. Ona görə də bir daha nəinki avtobus, ümumiyyətlə sükan arxasında olan bütün sürücülərə bildiririk ki, yol hərəkəti qaydalarına əməl etsinlər”,-deyə BNA rəsmisi bildirib.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir