Modern.az

“Delta” ştammı daha bir ölkəyə çatdı: Peyvənd vurduranlar da yoluxub

“Delta” ştammı daha bir ölkəyə çatdı: Peyvənd vurduranlar da yoluxub

Dünya

9 İyul 2021, 00:36

Slovakiyada 14 nəfərdə koronavirusun “Delta” ştammına rast gəlinib.

 

“RİA Novosti” bu barədə ölkənin İctimai Səhiyyə İdarəsinin sözçüsü Daşa Raçkovanın açıqlamasına istinadla məlumat yayır.

 

Bildirilir ki, yoluxanların üçü vaksin vurulan şəxslərdir.

 

“Koronavirusun “Delta” ştammı əsasən xaricdən gələn və ya onlarla yaxın təmasda olan insanlarda aşkar edilib. Xəstəliyə qarşı peyvənd olunanlar onu yüngül keçirir”, – deyə Raçkova bildirib.

 

O qeyd edib ki, hazırda Slovakiyada koronavirusun “Alfa” variantı dominantdır, onunla müqayisədə “Delta” daha infeksion variantdır və xəstəlik daha ağır keçir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir