Modern.az

Satışda olan bişmiş qidalardan ehtiyatlı olun! - TƏBİB rəsmisi

Satışda olan bişmiş qidalardan ehtiyatlı olun! - TƏBİB rəsmisi

9 İyul 2021, 16:18

“Turizm agentliklərinin məlumatlarına görə, səyahət edənlərin 50 faizində mədə-bağırsaq pozğunluqları müşahidə edilir. Bu 90 faiz hallarda ilk 2 gün ərzində özünü biruzə verir. Siz gigiyenik qaydalarla hazırlanan qida yesəniz belə, müəyyən problem yaşaya bilərsiniz. Bu da iqlim dəyişikliyilə bağlıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva səyahət zamanı sağlamlıqla bağlı sualları cavablandırarkən bildirib.

Y.Qarayeva açıq, qablaşdırılmamış qidalardan imtinaya səsləyib:

“Həmçinin daha çox qablaşdırılmış sulara üstünlük verilməlidir. Bundan başqa, satışda olan bişmiş qidaları istifadə edərkən diqqətli olmaq lazımdır”.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat