Modern.az

Bahar Muradova: "Parlament vaxtından əvvəl buraxılmayacaq"

Bahar Muradova: "Parlament vaxtından əvvəl buraxılmayacaq"

Parlament

12 Oktyabr 2012, 10:22

“Müxalifət qanunun müəyyən etdiyi çərçivədə və müvafiq icra hakimiyyətinin onlar üçün ayırdığı yerdə  öz dinc  aksiyasını keçirə bilər”.

Bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova  İctimai Palatanın məlum “videoqalmaqal”dan sonra parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə ayın 13-də keçmiş “Əzizbəyov heykəli”ndən parlament  binasının qarşısınadək  olan  marşrutda iki saatlıq yürüş təyin etməsinə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə,  əgər  həmin qüvvələr onlar üçün  ayrılan yerdən imtina edəcəklərsə  və ya edirlərsə, bu, onların səhv qərarı olacaq. “O ki qadı onların şüarlarına, hesab edirəm ki,  şüarları  da onlar özləri  seçirlər, mən o barədə bir şey deyə bilmərəm.  Eyni zamanda, əgər onlar  bu şüarları  və tələbləri irəli sürməklə, səsləndirməklə  nəyəsə nail olacaqlarını da düşünürlərsə, çox  yanlış mövqedədirlər.

“Birmənalı olaraq deyirəm ki, 4-cü çağırış  parlamentin vaxtından  əvvəl  buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qətiyyən, mümkün deyil. Qanuni yollarla, xalqın iradəsi əsasında  formalaşmış  parlament  uğurla  fəaliyyət göstərir və növbəti seçkilər də  zamanında -2015-ci ilin payızında keçiriləcək”-deyə,o,  sözlərinə əlavə edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar