Modern.az

Hərbi əlillik üçün müraciət edən 463 nəfərə yox cavabı verildi

Hərbi əlillik üçün müraciət edən 463 nəfərə yox cavabı verildi

Aktual

9 İyul 2021, 17:46

“Əlillik müddəti başa çatmış və xüsusi səbəbdən əlilliyi olan şəxslərin növbəti müayinələri əyani şəkildə aparılır. Əyani müayinələr zamanı sağlamlıq vəziyyəti əlillik dərəcəsinin təyininə əsas verməyən hallarda əlillik təyinatı da aparılmır”.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

 

İ.Yusifovun sözlərinə görə, hərbi səbəblə əlaqələndirilmiş əlillik təyinatında xəstəlik, yaxud travma minimum 3-cü dərəcəyə əsas verdiyi halda ona əlillik təyin edilir.

 

“Əks halda hərbi səbəblə əlaqədar əlillik təyinatı verilmir. İndiki dövrə qədər mütəmadi müayinələr aparılıb”.

 

Agentlik rəsmisi deyib ki, indiyədək 840 nəfər müayinə olunub, onlardan 346 nəfərinə əlillik təyinatı aparılıb, 463 nəfərə isə müxtəlif səbəblərdən imtina verilib:

 

“Onlardan 98 nəfəri tam reabilitasiya olunub, 295 nəfərin diaqnozu əlillik təyinatına uyğun olmayıb. 13 nəfərə daha yüksək əlillik təyinatına imtina verilib və öz əlillik dərəcəsi saxlanılıb. 57 nəfərin müalicəsinin davam etdirilməsi qərarı verilib”.

 

İ.Yusifov bildirib ki, ümumilikdə son 3 ildə 17 mindən çox əsassız əlillik təyinatı ləğv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir