Modern.az

Rusiya Özbəkistanı hərbi ittifaqdan buraxmaq istəmir

Rusiya Özbəkistanı hərbi ittifaqdan buraxmaq istəmir

12 Oktyabr 2012, 14:23

“Özbəkistan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü kimi qalır”. Modern.az bildirir ki,  bu barədə “RİA-Novosti”yə  KTMT-də Rusiyanın daimi nümayəndəsi İqor Lyakin-Frolov bildirib.

Onun sözlərinə görə, Özbəkistanın KTMT-də fəaliyyətinin dayandırması barədə məsələyə qurumun dekabr ayında keçirləcək sessiyasında qərar veriləcək. Özbəkistanın qurumda fəaliyyətinin dayandırılması barədə qərarının siyasi-hüquqi analizi aparılıb və hazırda məsələ ilə bağlı ümumi razılaşma üzərində iş gedir.
Xatırladaq ki, Daşkənd qurumdan çıxmaq istəməsi barədə qərarını bu ilin iyununda verib və müvafiq notanı KTMT-nin katibliyinə təqdim edib.  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?