Arxiv
11 İyul 2021, 14:00 | ÖLKƏ
Bu səfirlər Şuşaya getməkdən İMTİNA ETDİLƏR

Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb.


Modern.az
saytı Virtualaz.org-a
 istinadən xəbər verir ki, həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.


Azərbaycan prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə bildirib ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.


Maraqlı və qəribədir ki, indiki halda məhz Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirləri uzlaşdırılmış mövqe nümayiş etdiriblər. Və onların bu cür qeyri-diplomatik demarşının səbəbləri haqda düşünmək, təxminlər yürütmək lazım gəlir. Belə görünür ki, həmsədrlər hələ də ölü vəziyyətdə olan Minsk Qrupu formatında danışıqların bərpasına ümid edirlər və İrəvanla körpüləri yandırmaq istəmirlər. Hərçənd aydın deyil ki, əhalisi lap münaqişənin əvvəlindən azərbaycanlılardan ibarət olmuş Şuşanın Qarabağda yaşayan ermənilərə nə dəxli var.


İstər belə, istər elə, bu demarş Azərbaycanın həmin ölkələrlə gələcək münasibətlərinə təsirsiz ötüşməyəcək. Ən azından, Fransanı istisna etməklə Azərbaycan ABŞ və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmuşdu. Və belə mövqe ictimaiyyətin nəzərində həmin ölkələrlə gləcək münasibətlərin inkişafına ciddi ziyan vurmuş olacaq. Onların hərəkəti təkcə Azərbaycan hökumətinə deyil, bütün ölkə ictimaiyyətinə qarşı təhqirdir.


Vaşinqtonun ermənipərəst mövqeyi ilə ilk dəfə deyil ki, qarşılaşırıq. Bəs Azərbaycana dost hesab edilən Rusiyanın hərəkətini necə izah edək? Axı bu ölkə Qarabağ məsələsinin ədalətli həllinin qarantı kimi çıxış edirdi. Son on il ərzində ilk dəfədir ki, Rusiya diplomatı ABŞ diplomatı ilə bu cür həmrəylik nümayiş etdirir. Görəsən səfir bu təlimatı Kremldən alıb?


Səfirlərin bu demarşı xeyli suallar doğurur. Axı səfərin məqsədi dünya ictimaiyyətinə Azərbaycan mədəniyyətinin erməni vandalları tərəfindən necə dağıdıldığını çatdırmağa yönəlmişdi.


İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, Minsk Qrupunun müharibənin nəticələrinin aradan qaldırılmasında, xalqlar arasında sülhün əldə olunmasında dəstəyinə ümid edir. Lakin belə görünür ki, həmsədr ölkələr müharibənin nəticələrinin aradan qaldırılması barədə yox, davam etməkdə olan Azərbaycan-Ermənistan qarşıdurmasının dərinləşdirilməsini yolunu seçiblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşdü 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi yad edildi - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14 ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır? - TƏHLİL 23 Sentyabr 2021, 18:10 Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi” 23 Sentyabr 2021, 18:06 Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı 23 Sentyabr 2021, 18:00 Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq 23 Sentyabr 2021, 17:56 Səfirimiz Pakistanın müdafiə istehsalı naziri ilə görüşüb - FOTO 23 Sentyabr 2021, 17:52 Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla ANILACAQ 23 Sentyabr 2021, 17:46 Manatın xarici valyutalara qarşı məzənnəsi 23 Sentyabr 2021, 17:40 Daha 13 müəssisədə pozuntular aşkarlandı 23 Sentyabr 2021, 17:34 Deputatlar Baş Prokurorluqda olub 23 Sentyabr 2021, 17:28 30 məktəbə yeni direktor TƏYİN EDİLDİ 23 Sentyabr 2021, 17:22 “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR 23 Sentyabr 2021, 17:16 Medianın İnkişafı Agentliyində görüş keçirilib 23 Sentyabr 2021, 17:10
SORĞU Hansı vaksinə etibar edirsiniz?