Modern.az

16 şəhər və rayonda yeni inzibati ərazi dairələri yaradılacaq - SİYAHI

16 şəhər və rayonda yeni inzibati ərazi dairələri yaradılacaq - SİYAHI

12 Oktyabr 2012, 14:34

Oktyabrın 12-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Arif Rəhimzadə gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.
Əvvəlcə “Bəzi şəhər və rayonların inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə məlumat verilib. Təqdim olunan sənədə əsasən, ölkə ərazisinin bəzi şəhər və rayonlarının ərazilərində sahə inzibati ərazi dairələri yaradılması nəzərdə tutulur. Bildirilib ki, dəyişikliyə görə Bakının Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Nizami, Səbail, Yasamal rayonlarında, Gəncə şəhərinin Kəpəz, Nizami rayonlarında, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan və Yevlax şəhərlərində sahə inzibati ərazi dairələri yaradılacaq.
Sonra gündəlikdəki ikinci məsələ “Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə məlumat verilib. Bu dəyişikliyə uyğun olaraq Naxçıvanda 4 ərzi dairəsi yaradılması nəzərdə tutulur.
Çıxış edən deputatlar bu qanunun icra hakimiyyəti orqanlarının əhaliyə daha da yaxınlaşmasına kömək edəcəyini bildiriblər. Sənədi idarəetmənin mükəmməlləşdirilməsi isdiqamətində atılan addım kimi qiymətləndiriblər.
Sonda hər iki sənəd yekdilliklə parlamentin plenar iclasına tövsiyyə olunub.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir