Modern.az

“Qadınlara qarşı zorakılığı təbliğ edən şəxslər məsuliyyətə cəlb edilməlidir”

“Qadınlara qarşı zorakılığı təbliğ edən şəxslər məsuliyyətə cəlb edilməlidir”

Aktual

12 İyul 2021, 11:00

“Sosial şəbəkə vasitəsilə qadınlara qarşı zorakılığı təbliğ edən şəxslər məsuliyyətə cəlb edilməli, o cümlədən barələrində cəza tədbirləri görülməlidir. Hesab edirəm ki, cinsindən asılı olmayaraq, zorakılığı təbliğ edən və onu dəstəkləyən şəxslərə qarşı böyük həcmdə cərimələr müəyyən edilməlidir”.

 

Bunu Modern.az-a açıqlamasında “Təmiz Dünya “Qadınlara Yardım İctimai Birliyinin sədri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü Mehriban Zeynalova sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxsin qadınlara qarşı zorakılıq çağırışına münasibət bildirərkən deyib.

 

M.Zeynalova bildirib ki, cinsindən asılı olmayaraq, kimsə belə bir çağırış edirsə, mütləq cəzalandırılmalıdır:

 

“Tək kişilər deyil, qadınlar arasında da bu cür zorakı statuslar yazanlar da var. Bu baxımdan məsələyə ciddi yanaşılmalı, vəziyyət təhlküəli hal almadan onlara qarşı tədbir görülməlidir”.

 

Qeyd edək ki, “Pantural” adlı bloger videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyərək, diskomfort yaratdıqlarını bildirib:

 

“Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir